Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Qırğızıstanda 19 sentyabr matəm günü elan edilib

Qırğızıstan Prezidenti Sadır Japarov sentyabrın 19-nu Tacikistanla sərhəddə baş verən toqquşmalarda həlak olanlar üçün ümummilli matəm günü elan edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Prezidentin sərəncamında bütün ölkə ərazisində, habelə xaricdəki diplomatik və konsulluq müəssisələrinin binalarında respublika bayraqlarının yarıya qədər endirilməsi nəzərdə tutulur.

Dövlət başçısı mədəniyyət müəssisələrinə sentyabrın 19-da əyləncəli tədbirləri və proqramları ləğv etməyi də tövsiyə edib.

Son məlumatlara görə, Qırğızıstan tərəfində 37 ölü və 129 yaralı var. Qırğızıstan hakimiyyəti 140 minə yaxın vətəndaşı təxliyə edib. Batken bölgəsində fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Check Also

Tehrandan Trampa açıq hədələmə: “İsrail və ABŞ bazaları qanuni hədəf olacaq”

İran hakimiyyəti ABŞ-a sərt xəbərdarlıq edib. Boyukmillet.com xəbər verir ki, İran parlamentinin spikeri Məhəmməd Bağır …