Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Ceyhun Bayramov İƏT-in Baş katibini Ermənistanın təxribatları ilə bağlı məlumatlandırıb

Xarici işlər naziri Ceyhun Bayramov Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Taha ilə görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Nazir Ceyhun Bayramov ölkəmizin İƏT ilə əməkdaşlığa yüksək əhəmiyyət verdiyini və təşkilatla çox sıx əməkdaşlığın aparıldığını qeyd edib. İƏT-in ənənəvi olaraq Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqq mövqeyinə, ərazi bütövlüyü və suverenliyinə dəstək verdiyi minnətdarlıqla vurğulanıb. Ermənistanın ölkəmizə qarşı son təxribatları barədə ətraflı məlumat təqdim edilərək İKT tərəfindən vəziyyətlə bağlı verilmiş bəyanatın əhəmiyyəti qeyd olunub. Azərbaycanın İƏT ilə səmərəli əməkdaşlığı davam etdirməkdə qətiyyətli olduğu bildirilib.

Baş katib Hissein Brahim Taha Azərbaycanın İƏT-in fəal üzvü olduğunu, İslam həmrəyliyinin gücləndirilməsinə, mədəniyyətlər və dinlərarası dialoqa verdiyi töhfəni xüsusilə qeyd edib. O, cari ildə ölkəmizə səfərini və keçirilmiş görüşləri məmnunluqla xatırlayıb.

Görüşdə, həmçinin İƏT çərçivəsində əməkdaşlıq gündəliyinin aktual məsələləri, regional vəziyyət və təşkilat çərçivəsində ölkəmizlə birgə təhsil, mədəniyyət və bir sıra digər sahələrdə tədbirlər planları ətrafında fikir mübadiləsi aparılıb.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …