Şənbə , 23 Noyabr 2024
Drone Cameras

İran parlamenti “Zəngəzur dəhlizi”nə qarşı bəyanat verdi

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası “Zəngəzur dəhlizi” ilə bağlı bəyanat verib. İranlı deputatlar beynəlxalq səviyyədə tanınmış sərhədlərin və ölkələrin ərazi bütövlüyünün qorunmasının “qaçılmaz zərurət” olduğunu bildiriblər.
Boyukmillet.com “Mehr” Agentliyinə istinadən xəbər verir ki, bəyanatda açıq şəkildə “Zəngəzur dəhlizi” ifadəsi işlədilməsə də, İran parlamentinin bu projeyə qarşı çıxdığı məlumdur.

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının bəyanatında istənilən sərhəd dəyişikliyinin qəbuledilməz olduğu və bunun beynəlxalq hüququn prinsiplərinə zidd olduğu vurğulanıb.
“İran İslam Respublikası region ölkələrini mehriban qonşuluğa riayət etməyə çağırır və sionist rejimin, Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) regionda geosiyasi-konspirativ planlar şəklində həyata keçirdiyi fitnəyə layiqli və qəti şəkildə reaksiya verəcəkdir.

İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası özünəməxsus vəzifə və missiyasına uyğun olaraq, Qafqaz regionunda baş verənləri daha həssaslıqla izləyəcək və İran xalqının hüququnu qorumaq üçün lazımi tədbirlər görəcək”, -deyə bəaynatda qeyd edilib.

Bildirilib ki, İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası Cənubi Qafqaz regionunda baş verən hadisələrlə bağlı müvafiq qurumların və ekspertlərin iştirakı ilə görüşlər keçirib.
“Bu görüşlərin nəticələrinin regionda sabitliyin və təhlükəsizliyin bərpasına kömək edəcəyi gözlənilir”, – məlumatda deyilir.

Qeyd edək ki, İran israrla Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək “Zəngəzur dəhlizi” projesinə qarşı çıxır və son vaxtlar verdiyi bəyanatlarda sərhəd dəyişikliyilə bağlı məsələləri “qırmızı xətt” adlandırır.

Check Also

İmran Əliyev səhhətindəki problemlərə görə aclığı dayandırıb

“Aclıq sağlıq durumunu daha da pisləşdirib” Həbsdə olan ictimai fəallardan “meclis.info” saytının rəhbəri, 7 aydır …