Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

ABŞ Federal Ehtiyat Bankının rəhbəri ölkədə iş yerlərinin itirilməsi ilə bağlı xəbərdarlıq edib

ABŞ-da inflyasiyanın azaldılması istiqamətində görülən tədbirlər ölkədə iş yerlərinin itirilməsinə səbəb ola bilər.

Boyukmillet.com xəbər verir ki, bunu Atlanta Federal Ehtiyat Bankının (Corciya ştatı) prezidenti Rafael Bostik CBS telekanalına müsahibəsində bildirib.

“Çətin olacaq. Asan olmayacaq. Çox güman ki, iş yerlərinin itirilməsi olacaq”, – bank rəhbəri izah edib.

Eyni zamanda, Bostik vurğulayıb ki, tarixi perspektivdə iş yerlərinin itirilməsi digər vəziyyətlərdə müşahidə ediləndən az olacaq. ABŞ Əmək Nazirliyi avqust ayında ölkədə istehlak qiymətlərinin illik müqayisədə 8,3 % artdığını göstərən məlumatlar təqdim edib.

Check Also

AMB 4 ödəniş təşkilatına çatışmazlıqların aradan qaldırılması barədə məcburi göstəriş verib

Azərbaycan Mərkəzi Bankı (AMB) “Global İnnovations”, “United Payment”, “Baku Pay” və “Fizza Pay” məhdud məsuliyyətli …