Bazar , 28 Aprel 2024
Drone Cameras

Şəhid Rahət İsayevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə birincilik keçirilib

Biləsuvar Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı, rayon İcra Hakimiyyətinin, Regional Mədəniyyət İdarəsinin və Olimpiya İdman Kompleksinin dəstəyi ilə Vətən müharibəsi şəhidi İsayev Rahət Rafət oğlunun xatirəsinə həsr olunmuş sərbəst güləş idman növü üzrə açıq rayon birinciliyi keçirilib.

Boyukmillet.com xəbər verir ki, turnirin açılış mərasimində Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmiləri, şəhid ailələri və idmançılar iştirak edib.

Turnir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra yarışa start verilib.

Cəlilabad, Beyləqan, Masallı, Ağcabədi, Bakı-Zenit, Salyan, Xocavənd və Biləsuvar komandalarının ümumilikdə 100 nəfərə yaxın idmançıları arasında gərgin və maraqlı keçən görüşün sonunda qaliblər müəyyən edilib. Mükafatlandırma mərasimində qalib idmançılara Biləsuvar Rayon Gənclər və İdman İdarəsinin diplom və medalları təqdim edilib.

Check Also

Azərbaycan Ordusunun Aprel qələbəsindən 8 il ötür

 Bu gün Azərbaycan və Ermənistan arasında baş vermiş Aprel döyüşlərinin növbəti ildönümüdür. Boyukmillet.com xatırladır ki, Azərbaycan …