Cümə , 3 May 2024
Drone Cameras

Müğənni Rəhim Rəhimli vəfat edib

Tanınmış müğənni, bəstəkar Rəhim Rəhimli vəfat edib.

Boyukmillet.com-uun xəbərinə görə, bu barədə Xalq artisti Faiq Ağayev instaqram hesabında yazıb. F.Ağayev R.Rəhimlinin ölüm səbəbini açıqlamayıb.

Qeyd edək ki, R.Rəhimli bir sıra klipləri, mahnıları ilə tanınıb. 2018-ci ilin iyunundan 2020-ci ilin yanvar ayına kimi “MTV Azərbaycan” telekanalının direktoru işləyib.

O, eyni zamanda bəstəkarlıq fəaliyyəti ilə məşğul olub. İlkin məlumata görə, musiqiçi ürəktutmadan vəfat edib.

Qeyd edək ki, R.Rəhimli 1976-cı il dekabrın 28-də anadan olub. 

Allah rəhmət eləsin!  

Check Also

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …