Şənbə , 13 Dekabr 2025
Drone Cameras

Zelenski Ukraynanın şəhər tipli qəsəbəsinin azad edildiyini təsdiqləyib

Ukrayna hərbçiləri Donetsk vilayətinin Kramatorsk rayonunun Limanski şəhər icmasında yerləşən şəhər tipli Yampol qəsəbəsini Rusiya hərbçilərindən azad edib.

Boyukmillet.com “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski çıxışında deyib.

Prezident Yampolun azad edilməsinə görə 214-cü əlahiddə atıcı batalyonunun, 103-cü əlahiddə müdafiə briqadasının hərbçilərinə təşəkkür edib.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bu il fevralın 21-də Ukraynanın inzibati sərhədləri daxilində qondarma “Donetsk” və “Luqansk” xalq respublikalarının müstəqilliyinin tanınması haqqında fərman imzalayıb.

2022-ci il fevralın 24-də V.Putin televiziya ilə çıxışında Ukraynanın şərqindəki Donbasda “xüsusi hərbi əməliyyatın” başladığını elan edib. Bundan sonra Rusiya-Ukrayna müharibəsi başlayıb.

Check Also

Tehran əvvəlki səviyyəyə qayıtdı: İran raket istehsalını tam bərpa edib

İran raket istehsalını yenidən tam gücü ilə bərpa edərək arsenalını əvvəlki səviyyəyə çatdırıb. Boyukmillet.com xəbər …