Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

KİV: Türkiyə Rusiyadan qaz ödənişlərinin bir hissəsini təxirə salmağı xahiş edib

Türkiyə enerji qiymətlərinin yüksəlməsinin iqtisadi zərərini azaltmaq üçün Rusiyadan təbii qaz ödənişlərinin bir hissəsini 2024-cü ilə qədər təxirə salmasını istəyib.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.

“Türkiyənin dövlətə məxsus enerji idxalçısı Boru Hatları ile Petrol Tasima AS və ya Botaş ödənişlərin bir hissəsini 2024-cü ilə qədər təxirə salmağa çalışır”- məlumatda vurğulanıb.

Nəşr qeyd edib ki, danışıqların nəticəsi hələlik məlum deyil. Bildirilib ki, Türkiyənin enerji idxalından çox asılı olması onun valyutasına və büdcəsinə təzyiqi artırıb.

Bundan əvvəl Türkiyənin energetika naziri Fatih Dönməz bildirib ki, Ankara yeraltı anbarları təbii qazla tamamilə dolduraraq qışa hazırlığı başa çatdırıb.

(Report.az)

Check Also

SOCAR Serbiyada 600 milyon avroya elektrik stansiyası tikəcək

Son bir ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) elektrik enerjisi istehsalına böyük investisiyalar yatırmağa başlayıb. …