Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

Prezident: “Ermənistan işğal dövründə bir milyondan çox mina basdırıb”

“Ermənistan işğal dövründə bir milyondan çox mina basdırıb. Azərbaycana və azərbaycanlılara qarşı bu terror siyasəti davam etməkdədir”.

Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimində deyib.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan minalara görə məcburi köçkünlərin öz evlərinə qayıtması problemi ilə üzləşib.

“Müharibə bitəndən indiyədək mina partlayışları nəticəsində 250-dən çox azərbaycanlı həlak olub və ya ağır yaralanıb. Təəssüf ki, onların sayı hər həftə artır. Elə ötən həftə 2 nəfər ölüb, 3 nəfər ağır yaralanıb”, – Prezident İlham Əliyev bildirib.

Check Also

Bakıda beynəlxalq konfrans BAŞLADI

Bakıda “Neokolonializm və qlobal bərabərsizlik” mövzusunda beynəlxalq konfrans başlayıb. Boyukmillet.com xəbər verir ki, tədbirə ilk …