ABŞ-ın “Ronald Reyqan” nüvə aviadaşıyıcısı Şimali Koreyanın raket buraxılışları fonunda Yapon dənizinə qayıdacaq.
Boyukmillet.com xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Şimali Koreya ötən gün səhər Yaponiya ərazisi üzərindən uçaraq Sakit okeana düşən ballistik raket buraxıb. Yapon ekspertləri qənaətincə, raket Pxenyan tərəfindən həyata keçirilən bu cür buraxılışlar tarixində maksimum məsafə qət edib.
Şimali Koreya keçən həftə də bir neçə raket buraxılışı həyata keçirib. Bütün raketlərin təxminən 50 kilometr uçuş hündürlüyünə malik və 300 ilə 400 kilometrə qədər məsafədə olan ballistik raketlər olduğu güman edilir. Onlardan bəziləri qeyri-standart trayektoriya ilə uçub.
(Report.az)