Cümə , 17 May 2024
Drone Cameras

Vaqif Məhəmmədoğlu: Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır

Bu gün müəllimlərin peşə bayramıdır Leyla Müəllimənin simasında bütün Müəllimləri təbrik edirəm. Əziz müəllimlər, seçdiyiniz peşə şərəfli olduğu qədər də çətindir. Cətin yolda fədakarlıq etmək də çətindir.

Amma siz bunu bacarırsınız. Ömrünüzü xalqımızın övladları yolunda şam kimi əridib fəda edirsiniz. Vətənimin fədakar müəllimləri, bayramınız mübarək olsun.

Muəlimlər Valdeyinlə bərabər, bəlkə də, ondan daha çox uşağın hər cür şıltaqlığına , əziyyətinə dözmək, kədəri ilə kədərlənib, sevinci ilə sevinmək müəllimlərin üzərinə düşən ağır yükdür. Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir.

Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirir. Hazırda Dövlətimizin müstəqilliyinin möhkəmlənməsində fəal iştirak edən insanlar məhz müəllim əməyinin yetirmələridir. Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır.

Hər birimizin layiqli vətəndaş kimi yetişməyində müəlimlərimizin əvəzsiz xidmətləri olmuşdur. Allah sizləri Qorusun əziz müəllimlər.

Vaqif Məhəmmədoğlu

Check Also

Başsız qalan Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi… Muraz Məmmədov qanunsuz əməlləri nə qədər davam edəcək?

Prezident İlham Əliyevin siyasətinə “Müstəqil Jurnalist Araşdırmaları” İctimai Dəstək Qrupu olaraq ölkədə mühüm xəbərləri obyektiv şəkildə …