Bu gün Çexiyanın paytaxtı Praqa şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Fransanın dövlət başçısı Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında dördtərəfli görüş olacaq.
Boyukmillet.com xarici KİV-ə istinadən xəbər verir ki, liderlər Avropa Siyasi Birliyi liderlərinin sammiti çərçivəsindfə bir araya gələcəklər.
Qeyd edək ki, Prezident İlham Əliyevlə N.Paşinyan sonuncu dəfə avqustun 31-də Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə görüşmüşdülər.
Xatırladaq ki, bu gün həm də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla N.Paşinyan arasında görüş olacaq.