İspaniyanın “Sevilya” klubunun yeni baş məşqçisi bəlli olub.
Boyukmillet.com xəbər verir ki, bu barədə italiyalı insayder Fabritsio Romano özünün sosial şəbəkə hesabında paylaşım edib.
Onun sözlərinə görə, komanda argentinalı Xorxe Sampaoliyə tapşırılıb. 62 yaşlı mütəxəssis ilə iki illik müqavilə imzalanacaq. O, bu postda Xulen Lopetegini əvəzləyib.
Qeyd edək ki, Xorxe Sampaoli daha əvvəl də bu komandaya başçılıq edib. “Sevilya” 2016/2017 mövsümündə onun rəhbərliyi ilə La Liqada 4-cü yeri tutaraq Çempionlar Liqasına vəsiqə qazanıb.
Argentinalı mütəxəssis son olaraq Fransada “Marsel”in baş məşqçisi olub.
(Report.az)