Bazar ertəsi , 25 Noyabr 2024
Drone Cameras

Azərbaycan millisinin futzalçısı: “Ancaq qələbə haqqında düşünürük”

“Ancaq qələbə haqqında düşünürük”.

Boyukmillet.com-un məlumatına görə, bunu Azərbaycan millisinin futzalçısı Tyaqo Bolinya Polşaya qarşı keçirəcəkləri dünya çempionatının əsas seçmə matçı ilə bağlı danışarkən deyib.

35 yaşlı oyunçu rəqibin Braziliya seçməsi ilə yoldaşlıq görüşünü izlədiyini bildirib: “Çox yaxşı oynadılar. Sloveniya və Portuqaliya ilə də qarşılaşıblar. Güclüdürlər, meydanda çox hərəkət edirlər. Son iki Avropa çempionatında iştirak etmələri də inkişafda olduqlarını göstərir. Amma bizim komanda da təcrübəli futzalçılardan qurulub. Üstəlik, doğma meydanda oynayırıq”.

Bolinya komandada atmosferin yaxşı olduğunu söyləyib: “Yenidən burada olmaqdan, Azərbaycan millisinin formasını geyinməkdən məmnunam. Bütün heyət üzvləri məsuliyyətlə və ciddi hazırlaşırlar. İşləmək üçün vaxtımız azdır, amma rəqibi doğma meydanda qəbul edəcəyik. Ona görə də yaxşı oynamalı, zala təşrif buyuracaq, eləcə də televiziya qarşısında bizi izləyəcək azarkeşlərimizi sevindirməliyik”.

Qeyd edək ki, oktyabrın 7 Bakı İdman Sarayında keçiriləcək Azərbaycan – Polşa oyunu saat 20:00-da başlayacaq.

(Report.az)

Check Also

Azərbaycanın güllə atıcıları Serbiyadakı turniri beş medalla başa vurublar

Azərbaycanın güllə atıcıları Serbiyanın Smederevo şəhərində gənclər arasında keçirilən Qran-prini beş medalla başa vurublar. Boyukmillet.com …