BP şirkəti Qarabağda istehsal edəcəyi “Yaşıl enerji”ni Abşerona transfer edəcək.
Boyukmillet.com xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov Bakıda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda bildirib.
Onun sözlərinə görə, həmin enerjidən burada – şirkətin neft-qaz emalı prosesində istifadə ediləcək: “BP-nin layihələri Abşeron yarımadasındadır. Neft-qaz çıxarma üçün lazım olan elektrik enerjisi artıq neft-qazdan yox, bərpa edilən mənbələrdən alınacaq. Bunun da 2 il yarıma həyata keçirilməsi gözlənilir. İnanırıq ki, bu kimi layihələrin sayı artacaq”, – deyə o, əlavə edib.
Xatırladaq ki, bu il martın 16-da Energetika Nazirliyi və BP arasında Zəngilan/Cəbrayıl zonasında 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair İcra Müqaviləsi imzalanıb.
(Report.az)