Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Azərbaycan və Qırğızıstan birgə İnkişaf Fondu yaradır

Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana dövlət səfəri çərçivəsində iki dövlət arasında “Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun yaradılması haqqında” Saziş imzalanıb.

Boyukmillet.com xəbər verir ki, İnkişaf Fondu beynəlxalq təşkilat olacaq.

Bu fond beynəlxalq müqavilələr bağlamaq hüququna malik olan beynəlxalq hüququn subyekti olacaq.

İnkişaf Fondu Azərbaycan və Qırğızıstan arasında iqtisadi əməkdaşlığı inkişaf etdirmək, iqtisadiyyatı modernləşdirmək və inkişaf etdirmək məqsədilə yaradılıb.

Birgə ikitərəfli investisiya fondunun nizamnamə kapitalı 25 milyon ABŞ dollarıdır. Onun mənzil-qərargahı Bişkekdə yerləşəcək.

Fondun yaradılması investisiya sahəsində əməkdaşlığın aktivləşməsi və genişlənməsinə təkan verəcək.

Azərbaycan-Qırğızıstan İnkişaf Fondu qeydiyyatdan keçmiş və fəaliyyət göstərən sahibkarlıq subyektlərinə kreditlər və borclar verəcək, kapitalda iştirak edəcək və digər maliyyə alətlərindən istifadə etməklə, o cümlədən aşağıdakı sahələr üzrə təsisçilər üçün prioritet layihələrə investisiya qoyacaq: aqrar-sənaye kompleksi, su təchizatı sektoru, səhiyyə sektoru, avtomobil sənayesi, elm, tədqiqat və texnologiya, təbii qaz sənayesi, geyim və tekstil sənayesi, mədənçıxarma və metallurgiya sənayesi və s.

Check Also

AMB dövlət işçilərinin həyatın yaşam sığortasından kənarlaşdırılmasına münasibət bildirib

Azərbaycanda dövlət sektorunda işləyən şəxslərin həyatın yaşam sığortasına qoşulmasının dayandırılması bu sahədə sığorta haqlarının məbləğini …