Bazar , 29 Sentyabr 2024
Drone Cameras

MDB XİN başçıları Şurasının gündəliyi açıqlanıb

MDB-yə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının oktyabrın 12-də Qazaxıstanın paytaxtı Astanada keçiriləcək iclasında aktual beynəlxalq və regional məsələlər müzakirə olunacaq.

Boyukmillet.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, nazirlər toplantıda təşkilat çərçivəsində əməkdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparacaq, 2023-cü il üçün MDB çərçivəsində nazirliklərarası çoxsəviyyəli məsləhətləşmələr planını təsdiqləyəcəklər.

XİN başçıları mədəni, humanitar, hüquq-mühafizə, insan hüquqları sahələrində əməkdaşlıqla bağlı bir sıra qərarlar qəbul edəcək, həmçinin MDB məkanında 2023-cü ilin “Rus dili ili” elan olunması ilə bağlı tədbirlər planı hazırlayacaqlar.

M.Zaxarova söyləyib ki, iclas zamanı MDB məkanında, onun xarici sərhədlərində təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetiriləcək. Mətbuat katibinin sözlərinə görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov həmkarlarını ölkəsinin Ukraynada keçirdiyi xüsusi əməliyyatın gedişi, “DXR”, “LXR”, Xerson və Zaporojye vilayətlərində keçirilən “referendumun” nəticələri barədə məlumatlandıracaq.

Check Also

İcma: Mirzoyanın Azərbaycanda “erməni mədəni irsi”nin guya təhlükədə olması barədə bəyanatını qınayırıq

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Qədim Sivilizasiyalar Forumunda verdiyi bəyanatı kəskin şəkildə qınayır və …