Cümə , 17 Aprel 2026
Drone Cameras

İlham Əliyev: “Çin-Qırğızıstan-Özbəkistan-Xəzər yeni dəmir yolunun istismara verilməsi ticarət dövriyyəsini artıracaq”

“Çin-Qırğızıstan-Özbəkistan-Xəzər yeni dəmir yolunun tikintisinə başlanılması və bu dəmir yolunun istimara verilməsi ilə ticarət dövriyyəsini artırmaq imkanları yaranacaq”.

Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bişkekdə Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclasının yekunlarına dair deyib.

“Deməliyəm ki, Azərbaycanın iki peyki – “Azersky” və “AZERSPACE-1” bir müddətdir qızğızıstanlı tərəfdaşlarımıza xidmət göstərir. Bu sahədə gələcək əməkdaşlığın yollarını müəyyən etmişik. Nəqliyyat və logistika sektorunda Çin-Qırğızıstan-Özbəkistan-Xəzər yeni dəmir yolunun tikintisinə başlanılması və bu dəmir yolunun istismara verilməsi ilə ticarət dövriyyəsini artırmaq və yüklərin daşınması xərclərini azaltmaq imkanları yaranacaq”, – dövlət başçısı vurğulayıb.

Check Also

TƏCİLİ! Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək – RƏSMİ

Rusiya tərəfi 2024-cü il dekabrın 25-də Aktau yaxınlığında AZAL təyyarəsinin qəzası ilə bağlı Azərbaycana kompensasiya …