Cümə , 12 Dekabr 2025
Drone Cameras

Sadır Japarov: “Qırğızıstan-Azərbaycan əməkdaşlığı strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib”

Qırğızıstan-Azərbaycan əməkdaşlığı strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın məhdud tərkibdə iclasında söyləyib.

Onun sözlərinə görə, Qırğız və Azərbaycan xalqlarının dostluğu zamanın və tarixin sınağından çıxmış uzunmüddətli, etibarlı və səmimi münasibətlərə əsaslanır.

S.Japarov vurğulayıb ki, Azərbaycan Prezidentinin dövlət səfəri qardaş ölkələrimiz arasında əsl strateji tərəfdaşlıq münasibətlərini nümayiş etdirir: “Ölkələrimiz bu il Dostluq və əməkdaşlıq haqqında Müqavilənin 25 illiyini qeyd edib. Üç aydan sonra ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi tamam olacaq. Biz bu tarixə yaxşı nəticələrlə yaxınlaşmışıq. Bizim əməkdaşlığımız strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib”.

Check Also

Azərbaycan BMT-nin iki komissiyasına üzv seçilib

10 dekabr 2025-ci il tarixində Nyu-York şəhərində BMT-də keçirilmiş seçkilərdə Azərbaycan Respublikası BMT-nin Əhali və …