Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

ABŞ-ın müvəqqəti işlər vəkili XİN-ə çağırılıb, Azərbaycanın ciddi narazılığı ifadə edilib

ABŞ-ın ölkəmizdəki müvəqqəti işlər vəkili Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb, ona Azərbaycanın ciddi narahatlığı və narazılığı ifadə edilib.

Bu barədə XİN-dən məlumat verilib.

Belə ki, oktyabrın 10-dan 11-nə keçən gecə Azərbaycan Respublikasının Vaşınqtondakı səfirliyinin xidməti avtomobilinə atəş açılıb. Məsələ ilə əlaqədar ABŞ-ın ölkəmizdəki müvəqqəti işlər vəkili oktyabrın 12-də XİN-ə çağırılıb, baş vermiş hadisə ilə bağlı Azərbaycanın ciddi narahatlığı və narazılığı ifadə edilib və Azərbaycan diplomatik nümayəndəliyinin təhlükəsizliyinin təmin edilməsi tələbi qarşı tərəfin diqqətinə çatdırılıb

Check Also

Bakıda beynəlxalq konfrans BAŞLADI

Bakıda “Neokolonializm və qlobal bərabərsizlik” mövzusunda beynəlxalq konfrans başlayıb. Boyukmillet.com xəbər verir ki, tədbirə ilk …