Şənbə , 14 Mart 2026
Drone Cameras

“Real Madrid” Çempionlar Liqasında rekorda imza atıb

İspaniyanın “Real Madrid” klubu UEFA Çempionlar Liqasında rekorda imza atıb.

Boyukmillet.com-un məlumatına görə, Madrid təmsilçisi buna Ukraynanın “Şaxtyor” (Donetsk) kollektivi ilə 1:1 hesablı heç-heçə etdikləri qrup mərhələsinin IV tur oyununda nail olub.

Hazırkı ölkə çempionu tarixində 31-ci dəfə qitənin bir nömrəli klub turnirində pley-offa yüksəlib. “Real Madrid” iştirak etdiyi bütün yarışlarda qrupdan çıxan yeganə komandadır.

“Kral klubu” yalnız 1996/1997 mövsümündə pley-offda iştirak edə bilməyib. Çünki Madrid təmsilçisi həmin mövsüm Çempionlar Liqasına vəsiqə qazana bilməyib.

(Report)

Check Also

Azərbaycan Cüdo Federasiyası Hidayət Heydərova qarşı intizam tədbirləri görüb

Azərbaycan Cüdo Federasiyası Hidayət Heydərovla bağlı daxili intizam qaydalarına uyğun olaraq tədbir görüb. Bu barədə “Report”un …