Bazar ertəsi , 30 Mart 2026
Drone Cameras

Avropa çempionatı: Azərbaycan ağırlıqqaldıranı 3 medal qazanıb

Azərbaycan ağırlıqqaldıranı Tehran Məmmədov Albaniyanın Dürres şəhərində keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında Avropa birinciliyində 3 medal qazanıb.

Federasiyadan  verilən məlumata görə, 61 kq çəki dərəcəsində mübarizə aparan idmançı yaşı 20-yə qədər olan iştirakçılar arasında qüvvəsini sınayıb.

O, birdən qaldırmada 120 kq-ı ram edərək, bu hərəkətdə gümüş medala sahib çıxıb. Təkanla qaldırmada 141 kq-ı başı üzərinə qaldıran Məmmədov bu hərəkətdə 3-cü yeri tutub.

Toplam 261 kq (120+141) nəticə göstərən idmançı yekun sıralamada gümüş medal qazanıb.

Qeyd edək ki, oktyabrın 25-dək davam edəcək yarışda 37 ölkədən 416 atlet (194 qadın və 222 kişi) qüvvəsini sınayır.

Check Also

Azərbaycan Cüdo Federasiyası Hidayət Heydərova qarşı intizam tədbirləri görüb

Azərbaycan Cüdo Federasiyası Hidayət Heydərovla bağlı daxili intizam qaydalarına uyğun olaraq tədbir görüb. Bu barədə “Report”un …