Çərşənbə axşamı , 31 Mart 2026
Drone Cameras

Ölkə ərazisinə qanunsuz yollarla gətirilən külli miqdarda siqaret aşkar edilib

Dövlət Gömrük Komitəsinin (DGK) Bakı və Sumqayıt Baş Gömrük İdarələrinin əməliyyat bölmələrinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində ölkə ərazisinə qanunsuz yollarla gətirilən, Azərbaycanın aksiz markası ilə markalanmayan və ölkə ərazisində qanunsuz satışı nəzərdə tutulan külli miqdarda siqaret aşkar edilərək götürülüb.

Boyukmillet.com DGK-ya istinadən xəbər verir ki, Bakı şəhərində Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsindən 35 400 ədəd, Sumqayıt şəhəri ərazisində Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsindən 57 560 ədəd, ümumilikdə 2 fakt üzrə 92 960 ədəd müxtəlif markalı siqaret aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Check Also

Həbsdə olan jurnalistin evini su basıb

Bakıya yağan yağışlar nəticəsində “Meydan TV işi” üzrə hazırda həbsdə olan jurnalist Fatimə Mövlamlının Binəqədi …