Rusiya dövlətinin faşizmin əleyhinə olduğunu dəfələrlə bəyan etməsinə baxmayaraq, bu ölkədə yaşayan ermənilər, xüsusən də diaspor və kilsə təşkilatları separatizmi, faşizmi təbliğ edən hərəkətlərə yol verirdilər.
Yadınızdadırsa, Rusiyanın bir neçə vilayətində Qaregin Njdeyə abidə qoyulmuşdu, hətta erməni kilsəsinə onunla bağlı löhvə də vurulmuşdu. O zaman Rusiya daxilindən buna elə də ciddi narazılıq olmadı və bu səbəbdən də ermənilər Rusiyada daha betər əməllər törətməkdə davam edirlər. Bəzi məlumatlara görə, Njdenin Rusiyada ermənilər yaşayan ərazilərdə qoyulan abidə və büstlərini sökməyə başlayıblar. Amma bu barədə hər hansı bir sübut yoxdur.
Ermənilərin yeni separatçı əməllərinə gəlincə, xəbər yayılıb ki, Rusiyanın Kuban vilayətinin Slavyansk şəhərində Qarabağdakı erməni qondarma rejimi uğrunda ölənlərə abidə qoyulub.
Azərbaycan mediası xəbər verir ki, “abidə” ermənilərin Surb Sarkis kilsəsinin yaxınlığında inşa edilib. Xaçkar adlanan “abidə” erməni memar Sevada Kikanyana məxsusdur.
“Abidə” 1989-1994, 2016 və 2020-ci ildə qondarma “Arsax” uğrunda ölən separatçılara həsr olunub.
- “Necə olur ki, ermənilər gedib başqa ölkənin ərazisində gəbərmiş separatçılara “abidə” qoyur, amma o vilayətdə bir dənə də olsun rəsmi şəxs buna etiraz etmir?”
Məsələyə şərh verən İSBAM sədri Samir Adıgözəlli bizimlə söhbətində bildirdi ki, ermənilərin Rusiyanın müəyyən ərazilərində bu şəkildə təxribatla məşğul olması səbəbsiz deyil. S.Adıgözəlli hesab edir ki, vaxtilə erməni lobbisi, erməni kilsəsi ermənilərin sıx yaşadığı Rusiya vilayətlərində faşist əlaltısı, qaniçən Njdeyə heykəl, abidə qoyanda bu addımı atanlar Rusiya hökuməti tərəfindən cəzalandırılmadı, cəza olmayan yerdə isə bu cür hallar daha iyrənc formada təkrarlanır. “Necə olur ki, ermənilər gedib başqa ölkənin ərazisində gəbərmiş separatçılara “abidə” qoyur, amma o vilayətdə bir dənə də olsun rəsmi şəxs buna etiraz etmir? Belə qənaətə gəlmək olar ki, kimlərsə bu qanunsuzluğa rəvac verib və ermənilərə şərait yaradıb ki, nə istəyirsinizsə edin. Ermənilərin etdiyi bütün özbaşnalıqların əsasında cəzasızlıq durur ki, etdikləri əməllərə görə onları heç kəs cəzalandırmır. Uzağa getməyək, götürək Ermənistanı. Həm indiki, həm də keçmiş siyasi rəhbərliyinin əli qana batsa da, bu adamlar cəzasız qalıb. Bu cəzasızlıq mühiti də ermənilərin əl-qol atmasına imkan açır. Bu gün onlar başqa ölkələrdə də separatzmi alovlandırır. 2014-cü ildə Rusiyanın təşəbbüsü ilə BMT Baş Assambleyasında nasizmin təbliğatına qarşı mübarizə ilə bağlı qətnamə qəbul olundu. Bu qətnamədən sonra Ermənistanda, eləcə də Rusiyada faişist Njdeye abidə qoyuldu. Ermənin mahiyyəti bundan ibarətdir ki, hər zaman təxribat törətsin. Faşizmə, nasizmə qarşı mübarizə apardığını bəyan edən Rusiyanın yanaşmasını anlamaq olmur. Azərbaycanın ayrılmaz parçası olan Qarabağın başqa adlarla təqdim edilməsi yolverilməzdir. Ermənilərin qəhrəmanlaşdırdığı canilərin əli azərbaycanlıların qanına batıb. Bu gün o separatçıların “Qarabağ uğurunda həlak olanlar” adlandırılması yolverilməzdir. Bu adamlar Azərbayacanın ərazi bütövlüyünə qəsd edən separatçı tör-töküntüləridir. Rusiya da, dünya da bilir ki, “Artsax” deyilən bir ərazi yoxdur və ora Azərbaycanın ayrılmaz torpağı Qarabağdır”.
S.Adıgözəlli hesab edir ki, ermənilərin abidə təxribatına səssiz qalmaq olmaz, mütləq Rusiyadakı Azərbaycan səfirliyi, Azərbaycan XİN, diaspor təşkilatları bu barədə hərəkətə keçməlidir. “Ermənilərin qondarma qəhrəmanlarına qoyduqları “abidə”nin sökülməsinə nail olmaq üçün əlimizdən gələnləri etməliyik. Biz mübarizə aparmalıyıq ki, həm o “abidəni” sökülməsinə, həm də onu qoyanların cəzalandırılmasına nail olaq. O qondarma “abidə” Şimali Qafqazda qoyulub və biz buna göz yumsaq, sizi inandırım ki, sabah gətib qulağımızın dibində də “abidə” qoyacaqlar. Necə ki, Rusiya sülhməramllarının məsuliyyət zonasında olan Xankəndidə bədnam Njdeyə abidə qoymuşdular, bizim etirazlardan sonra sökdülər. Bunlar elə həyasız, faşist ruhlu toplumdur.
Bu məsələ ilə bağlı beynəlxalq təşkilatları da məlumatlandırmalıyıq ki, ermənilər Azərbaycan ərazilərinə qarşı işalçılıq niyyətində olanlara Rusiyada abidə qoyub. Hesab edirəm ki, qondarma və separatçı qəhrəmanların “abidə”sinin sökülməsi üçün bütün istiqamətlərdə çalışmalıyıq”.
Bu məsələdə diplomatik sahədə də işlərin getməli olduğunu deyən S.Adıgözəllinin fikrincə, bunun qarşını indi almalıyıq ki, bu hallar gələcəkdə təkrar edilməsin.
İradə SARIYEVA