Cümə , 22 Noyabr 2024
Drone Cameras

Nazir: “Dənizdə külək enerjisindən istehsal olunacaq elektrik enerjisi Avropaya ixrac ediləcək”

Azərbaycanda bərpa olunan enerji mənbələri, xüsusilə dənizdə külək enerjisi üzrə yaradılacaq böyük güclər hesabına istehsal olunacaq elektrik enerjisinin müəyyən hissəsinin Avropaya ixracı nəzərdə tutulub.

Boyukmillet.com xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tamaş Tormanı qəbul edən zaman bildirib.

Görüşdə enerji əməkdaşlığının Azərbaycan və Macarıstan əlaqələrinin vacib hissəsi olduğu vurğulanıb. Cənub Qaz Dəhlizi çərçivəsində əməkdaşlıq imkanları müzakirə edilib.

Nazir Azərbaycanda “yaşıl enerji” sahəsində əlverişli investisiya mühiti və xarici sərmayələrin cəlbi ilə irimiqyaslı layihələrin icrası üzrə görülən işlər haqqında məlumat verib.

Səfir ölkəsinin həm ənənəvi, həm də bərpa olunan enerji sahəsində aktiv əməkdaşlıqda, həmçinin Macarıstan şirkətlərinin işğaldan azad olunmuş ərazilərin bərpası və “Yaşıl enerji zonası”na çevrilməsində iştirakda maraqlı olduğunu ifadə edib.

Görüşdə enerji sahəsində əməkdaşlıqdan irəli gələn bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Check Also

Naxçıvanda Energetiklər Günü qeyd olunub

Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidmətində “20 oktyabr – Energetiklər Günü” münasibətilə tədbir keçirilib. Boyukmillet.com …