Bazar , 15 Noyabr 2026
Drone Cameras

Azərbaycanlı hakim ilk dəfə Çempionlar Liqasının qrup mərhələsi oyununa təyinat alıb

Azərbaycanın FIFA referisi Əliyar Ağayev ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsinin oyununa təyinat alıb.

Boyukmillet.com-un əldə etdiyi məlumata görə, 35 yaşlı hakim Danimarkada “Kopenhagen” və Almaniyanın “Borussiya” (Dortmund) komandaları arasında keçiriləcək VI tur matçını idarə edəcək.

Ona Zeynal Zeynalov və Akif Əmrəli laynsmanlar qismində yardımçı olacaq. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.

Qeyd edək ki, noyabrın 2-də “Parken” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

(Report)

Check Also

Azərbaycanın qadın cüdoçusu “Böyük Dəbilqə” turnirində tarixi nəticəyə imza atıb

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirində Azərbaycan millisinin üzvü Könül …