Bazar , 7 Dekabr 2025
Drone Cameras

“Neftçi”nin yarımmüdafiəçisi: “Qarabağ” Rusiyada çempionluq üçün yarışa bilər”

“Qarabağ” Rusiya Premyer Liqasında 100% çempionluq üçün yarışa bilər”.

Boyukmillet.com-un məlumatına görə, bunu Azərbaycan milli komandasının və “Neftçi”nin futbolçusu Emin Mahmudov “sports.ru”ya müsahibəsində deyib.

Yarımmüdafiəçi bildirib ki, Ağdam klubunun öz oyun üslubu var: “Onlar istənilən rəqibi öz tərzlərinə uyğunlaşdıra, öz istədikləri kimi oynamağa məcbur edə bilirlər. Məsələn, “Qarabağ”la qarşılaşan rəqiblər meydanda daha çox topsuz qaçmaqla məşğul olurlar. Hətta “Zenit” də gəlsə, eyni şey olacaq”.

Emin Mahmudov qeyd edib ki, Rusiya klublarından fərqli olaraq, “Qarabağ” hər il avrokuboklarda qrup mmərhələsində çıxış edir.

(Report)

Check Also

Azərbaycan dünya çempionatında 11 boksçu ilə təmsil olunacaq

3-13 dekabr aralığında Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək dünya çempionatında Azərbaycanı 11 boksçu təmsil …