Cümə , 22 Noyabr 2024
Drone Cameras

Quzey Kıbrısın Xarici İşlər Nazirliyindən SƏRT ETİRAZ

Quzey Kıbrıs Türk Cümhuriyyəti (KKTC) Xarici İşlər Nazirliyi Kipr Rum Administrasiyasının 29 oktyabr tarixini “İtkin Şəxslər Günü” elan etməsini şiddətlə qınadıqlarını bildirib.

Boyukmillet.com-un məlumatına görə, nazirlikdən verilən açıqlamada xatırladılıb ki, Kipr Rum Administrasiyası 29 oktyabr 2022-ci il tarixli açıqlama ilə 1974-cü ildən bəri taleyi müəyyən edilməyən itkin düşmüş şəxslər üçün 29 oktyabr tarixini “Kıbrısda itkin düşmüş şəxslər günü” elan edib.

Açıqlamada bunlar qeyd edilib:

“Kipr Rum İdarəsi 29 oktyabr 2022-ci il tarixli açıqlama ilə 1974-cü ildən bəri taleyi müəyyən edilməyən itkin düşmüş şəxslər üçün 29 oktyabr tarixini “Kıbrısda itkin düşmüş şəxslər günü” elan etdiyini açıqlayıb. 1963-cü ildən yunanların vəhşilikləri səbəbindən böyük itkilər verməyə başlayan və 1974-cü ildə qarant hüquqlarından qaynaqlanan Ana Vətən Türkiyənin haqlı müdaxiləsi ilə iztirabları sona çatan Kıbrıs Türk xalqının illərdir yaşadığı itkilərə məhəl qoymayaraq, itkin düşmüş şəxslər məsələsindən siyasi alət kimi istifadə edən yunan rəhbərliyini bu açıqlamasına görə şiddətlə qınayırıq.

Adada itkin düşənlər məsələsinin siyasiləşdirilməsinə qarşı çıxdığını iddia edən Kipr Rum rəhbərliyinin Türkiyə Cümhuriyyətinin quruluş ildönümü olan 29 oktyabrda bu təxribatçı qərarla üst-üstə düşməsi və bu həssas məsələdən siyasi məqsəd kimi istifadə etməsi alət, böyük bir hörmətsizlik və təhqirdir. 

Yunan tərəfi hər fürsətdə Kıbrıs məsələsində yeganə tərəfmüqabili olan Kıbrıs türk xalqını görməzdən gəlmək üçün əbəs cəhdlərə əl atır. Adanın tarixi faktlarını öz maraqları naminə manipulyasiya etməyə və itkin düşənlərin yaxınlarının ağrılarından belə öz maraqları üçün istifadə etməyə qədər irəliyə gedən Kipr Rum tərəfini ehtiyatlı davranmağa və itkin düşmüş şəxslər komitəsinin işinə mənfi təsir edəcək addımlar atmaqdan çəkinməyə dəvət edirik.  

Quzey Kıbrıs Türk Cümhuriyyəti itkinlərlə bağlı işləməyə səlahiyyətli yeganə mexanizm olan İtkin Şəxslər Komitəsinin işinə töhfə vermək və məsələnin siyasi material kimi istifadə olunmasının qarşısını almaq üçün üzərinə düşəni edib və etməyə də davam edəcək. 

Kipr Rum tərəfinin bu adanın ortaq sahibinin Kıbrıs türk xalqı olduğunu qəbul etdiyi gün iki xalq arasında əsl dialoq qurmaq və ki xalq arasında real dialoq qurmaq və iki suveren bərabərhüquqlu dövlət arasında mehriban qonşuluq münasibətlərində yanaşı yaşamaq mümkün olacaq”.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …