Bazar , 8 Sentyabr 2024
Drone Cameras

Kubalılar Fidel Kastrpo ilə vidalaşmağa hazırlaşırlar

Bu gün kubalılar Fidel Kastrpo ilə vidalaşmağa başlayacaqlar. Vida mərasimi Havanadakı İnqilab meydanında yerli vaxtla saat 9:00-da (Bakı vaxtı ilə saat 18:00) start götürəcək.

AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, mərhumun istəyinə əsasən onun cəsədi şənbə günü kremasiya olunub. İçərisində liderin külü olan urna Xose Marti adına memorial kompleksində qoyulacaq. Mərasim çərşənbə axşamı günü günortayadək davam edəcək. Bundan sonra İnqilab meydanında çoxminli mitinq keçiriləcək.

Noyabrın 30-da inqilab liderinin külü Havanadan Santyaqo-de-Kuba şəhərinə səyahətə yola salınacaq. Əlli yeddi il əvvəl – 1959-cu ildə Fidel Kastro başda olmaqla inqilab karvanı məhz bu marşrutla (əks-istiqamətdə) hərəkət etmişdi.

Dekabrın 3-dək liderin külü ölkənin 13 əyalətindən keçəcək.

Check Also

“Əsl millət vəkili necə olmalıdır, istəyirəm onu millətə təqdim edim” – Cahandar Bayoğlu ilə VİDEOMÜSAHİBƏ

22 saylı Nəsimi-Yasamal seçki dairəsindən deputatlığa namizəd Cahandar Cahandaroğlu (Bayoğlu) “Meşə” parkında seçiciləri ilə görüşüb.Boyukmillet.com …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir