Bazar , 3 Dekabr 2023

Sambo üzrə Bakı çempionatına yekun vurulub

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Hövsan Olimpiya İdman Mərkəzində sambo üzrə Bakı çempionatı keçirilib.

AZƏRTAC xəbər verir ki, çempionatda 9 çəki dərəcəsi üzrə 110 idmançı birincilik uğrunda mübarizə aparıb.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Vaqif Mirzəli (52 kq), Fuad Məmmədov (57 kq), Tural Allahverdiyev (62 kq), Tural Əhmədov (68 kq), Söhrab Bağırov (74 kq), Vahid Dəmirli (82 kq), Xaliq Niftəliyev (90 kq), Zaur Xutinayev (100 kq) və Etibar Teymurov (100 kq-dan yuxarı) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

İlk üç yeri tutan idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə təltif olunublar.

Check Also

ABŞ və Türkiyə Qəzzaya humanitar yardımı müzakirə edəcəklər

ABŞ-ın maliyyə nazirinin müavini Brayan Nelson Türkiyəyə səfər edəcək və burada Qəzza zolağına humanitar yardımın …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir