Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Fransa Parlamentinin aşağı palatası – Milli Assambleyasının Azərbaycanla bağlı qəbul etdiyi qərəzli qətnaməyə münasibət bildirib.
Boyukmillet.com-un məlumatına görə, diplomat tviter hesabında yazıb:
“Fransa Milli Assambleyasının nəzərinə: 30 ildir ki, Ermənistan Azərbaycan ərazilərini işğal edib, bir milyon azərbaycanlının fundamental hüquqlarını pozub, müharibə cinayətləri törədib, regionu viran qoyub, siz susmusunuz. İndi danışmaqla sülhə mane olursunuz!”.