Çərşənbə , 29 May 2024
Drone Cameras

Meksikada həbsxanaya hücum zamanı ölənlərin sayı 19-a çatıb

Meksikanın şimalındakı Çihuahua ştatının Syudad-Xuares şəhərindəki 3 saylı həbsxanaya yanvarın 2-də silahlı hücum nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Meksikanın müdafiə naziri Luis Kressensio Sandoval məlumat verib.

Xatırladaq ki, hücum iştirakçılarının köməyi ilə 25 məhbus cəzaçəkmə müəssisəsindən qaçıb.

Bildirilib ki, nəticədə 10 gözətçi, 7 məhbus və hücumda iştirak edən 2 şəxs həlak olub.

Meksikanın təhlükəsizlik naziri Roza İsela Rodriqezin sözlərinə görə, cəzaçəkmə müəssisəsindən qaçanlar arasında “El Neto” ləqəbi ilə tanınan, Syudad-Xuaresdəki “Los-Meksikel” kartelinə rəhbərlik edən Ernesto Alfredo Pinon de la Krus da olub.

Daha əvvəl hücum nəticəsində 17 nəfərin öldüyü barədə məlumat verilmişdi.

Check Also

Xarkovda supermarketə zərbə nəticəsində ondan çox insan ölüb

“Bu, Rusiya dəliliyinin növbəti təzahürüdür” Rusiya qüvvələrinin Ukraynanın şimalında yerləşən Xarkov şəhərində supermarketə raket zərbəsi …