Bazar ertəsi , 11 Noyabr 2024
Drone Cameras

Rəsmi Bakı: “Ermənistan XİN-in Azərbaycanı deportasiyada təqsirləndirməsi absurddur”

“Azərbaycan bir daha Ermənistanı beynəlxalq hüquqdan və Üçtərəfli bəyanatdan irəli gələn öhdəliklərinə əməl etməyə, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətlərdən çəkinməyə, təcavüzkar siyasi və hərbi təxribatlarını dayandırmağa çağırır”.

Boyukmillet.com  xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Ermənistan XİN-in yanvarın 3-də yaydığı bəyanatına dair şərhində əksini tapıb. 

Qeyd olunub ki, Azərbaycanın regional sülh, sabitlik və inkişaf ilə bağlı mövqeyi prinsipial və ardıcıldır, beynəlxalq hüquqa və formalaşmış beynəlxalq təcrübəyə əsaslanan tədbirlər davam etdiriləcək.

“Ermənistan XİN-in Azərbaycanı deportasiya və etnik təmizləmədə təqsirləndirməsi absurd olmaqla yanaşı, 20 əsrdə ermənilərin azərbaycanlılara qarşı törətdiyi Ermənistan və Azərbaycan ərazisində sistematik və ardıcıl etnik təmizləmə siyasətini ört-basdır etmək cəhdidir. Azərbaycana qarşı ərazi iddialarının növbəti dəfə baş qaldırdığı 1987-ci ildən bəri 1 milyona yaxın azərbaycanlıya qarşı deportasiya və etnik təmizləmə həyata keçirilməsi, azərbaycanlılara qarşı Ermənistan tərəfindən qırğınlar törədilməsi tarixi bir faktdır. Bununla yanaşı, xatırlatmaq yerinə düşər ki, 44 günlük Vətən müharibəsində belə, döyüş bölgəsindən xeyli aralı olan ərazilərdə həlak olan azərbaycanlı mülki əhalinin sayı həlak olmuş erməni mülki əhalinin iddia edilən sayından dəfələrlə çox olub. Bütün bunlar hansı tərəfin mülki əhalini hədəf aldığını göstərən danılmaz sübutlardır”, – Azərbaycan XİN-dən bildirilib. 

Check Also

Azərbaycan XİN Serbiyaya başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi Novi Sad şəhərində baş vermiş faciəvi hadisə nəticəsində 14 nəfərin ölümü …