Drone Cameras

Cəmşid Hənifəyev oğlunun qəza törətməsi barədə məlumatlara münasibət bildirib

“Bir neçə gün öncə Bakıda ABŞ səfirliyinin avtomobilinin qəzaya uğraması və hadisənin Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin (DYPŞ) rəisi, polis polkovnik-leytenantı Cəmşid Hənifəyevin oğlu tərəfindən törədilməsi barədə xəbər yalandir”.

“Report”un xəbərinə görə, bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

O bildirib ki, Nəsimi rayonu Azadlıq prospektində üç ay əvvəl bir hadisə baş verib: “Amma o hadisənin indi yayılan məlumatla heç bir əlaqəsi yoxdur. İdarə tərəfindən araşdırma aparıldı və yazılanlar təsdiqini tapmadı. Amma çox maraqlıdır ki, bir neçə gün əvvəl mənə jurnalistlər zəng edib bu barədə sual vermişdilər. Mən də bildirdim ki, belə bir hadisə baş verməyib. Lakin üstündən bir həftə keçəndən sonra bunu yayıblar. Görəsən, burada məqsəd nədir? Qəribədir ki, belə bir hadisə baş vermədiyi halda, bəzi jurnalistlər heç bir dəqiqləşdirmə aparmadan xəbər yayıblar”.

DYP rəisi Cəmşid Hənifeyev özü də bildirib ki, yayılan xəbərin ona və ailəsinə heç bir adiyyatı yoxdur: “Birincisi, mənim oğum balacadır. Maşın sürmür. İkincisi isə bizim “Gelandewagen” markalı maşınımız yoxdur. Düşünurəm ki, yayılan bu informasiya yol polisinin fəaliyyətinə kölgə salmağa hesablanıb. Lakin bunun heç bir əsası yoxdur”.

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir