Çərşənbə , 9 İyul 2025
Drone Cameras

SKMF Kürdəmir sahibkarlarından layihə qəbuluna başlayıb

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) bu gündən Kürdəmir rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayıb. Bu barədə “Report”a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, Fond noyabrın 24-də Kürdəmir rayonunun Atakişili kəndində işgüzar forum keçirib və sahibkarlardan bəzi istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Məqsədəuyğun hesab edilən sahələr sırasında ixtisaslaşdırılmış “yaşıl market”in, intensiv bağçılıq, taxılçılıq və cins heyvandarlıq təsərrüfatlarının, soya əkini, ət-sümük unu və çörək istehsalı müəssisələrinin yaradılması yer alıb.

Qeyd edək ki, sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-ə müraciət edə bilərlər.

Check Also

Rusiyada xarici vətəndaşlar hərbi münaqişə və səfərbərlik dövründə xidmət edə biləcəklər

Rusiyada xarici vətəndaşlar hərbi münaqişə və səfərbərlik dövründə xidmət edə biləcəklər. Boyukmillet.com TASS-a istinadən xəbər …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir