Bazar ertəsi , 5 May 2025
Drone Cameras

Naxçıvan sakinləri şəxsiyyət vəsiqələrini “ASAN Xidmət”də dəyişdirə biləcək

Naxçıvan sakinləri şəxsiyyət vəsiqələrini “ASAN Xidmət” mərkəzlərində dəyişdirə biləcəklər.

Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakı şəhərində və Azərbaycan Respublikasının digər bölgələrində yaşayan, Naxçıvan Muxtar Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan vətəndaşlar etibarlılıq müddəti bitmiş, itirilmiş, yararsız hala düşmüş şəxsiyyət vəsiqələrini dəyişdirilməsi, həmçinin köhnə nəsil şəxsiyyət vəsiqələrinin yeni nəsil şəxsiyyət vəsiqələri ilə əvəz edilməsi üçün “ASAN Xidmət” mərkəzlərinə müraciət edə bilərlər.

Check Also

“Rus Evi”-nin əsl sifəti ifşa olundu – Ukraynaya qarşı döyüşmək üçün muzdlular toplayırlar

Məlum olduğu kimi, Bakıdakı “Rus Evi” haqlı olaraq hökumət tərəfindən bağlanandan sonra Rusiya rəhbərliyi müxtəlif …