Cümə , 22 Noyabr 2024
Drone Cameras

PA rəsmisi: “Heç bir ölkənin vətəndaş cəmiyyəti nümayəndəsi ATƏT-ə “sədəqə” dalınca gəldiyini açıq şəkildə etiraf etməmişdi”

Boyukmillet.com Prezident Administrasiyasi ictimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Gülsel Səfərovanın Editor.az-a müsahibəsini təqdim edir.

ATƏT-in builki illik toplantısında Azərbaycan nümayəndə heyətinin fəaliyyətini necə qiymətləndirirsiniz? Nümayəndə heyətimiz bu dəfə hansı mövzuları gündəmə gətirdi?

ATƏT-in insan ölçüsü üzrə növbəti illik toplantısında mətbuat, informasiya, ifadə azadlığı, sərbəst toplaşmaq və birləşmək o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində işğal olunmuş ərazilərə xarici jurnalislərin qanunsuz səfərləri, Ermənistan rəhbərliyi tərəfindən onların aldadılması ilə bağlı cavab hüququmdan istifadə etməklə 10 çıxışım oldu. 16-20 sentyabr tarixində olan sessiyalarda əsasən bu mövzular dominant idi. Mən tədbirdə olduğum müddətdə Azərbaycan nümayəndə heyətinin tərkibində Ombudsman Aparatının rəhbəri Aydin Səfixanlı, Mərkəzi Seçki Kommisiyasının katibliyinin rəhbəri Rövzət Qasımov, Qaçqınların və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov, Azərbaycanın Varşavadakı səfirliyinin ikinci katibi Fidan Mahmudova da təmsil olunurdular. Qeyd etməliyəm ki, plenar sessiyalarda nümayəndə heyətimiz ayrı-ayrı movuzularda konstruktiv və peşəkar çıxışları ilə yadda qaldı.

Belə fikillər səslənir ki, ATƏT toplantıları müəyyən dairələr üçün müstəqil siyasət yürüdən ölkələrə qarşı hücumlar təşkil etmək üçün platforma rolunu oynayır. Lakin müşahidələr göstərir ki, əvvəlki illərlə müqayisədə burada Azərbaycanla bağlı səslənən neqativ fikirlərdə kəskin azalma müşahidə olunur. Bunu necə izah edə bilərsiniz?

ATƏT ilk növbədə Azərbaycan həqiqətlərini, Azərbaycanda mətbuat və informasiya azadlığı barədə məlumatların çatıdırlması, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyin sərgilənmısi və həqiqətlərin səsləndirliməsi istiqamətində əhəmiyyətli plarformadır. Əlbəttə, ötən illərə nisbətən bu il başqa ölkələrin nümayəndələri və xarici təşkilatların Azərbaycanla bağlı əsassız narahatlıqları azalmışdır. Heç buna ciddi bir əsas da yoxdur. Hətta ATƏT-in Media nümayəndəsi Harlem Dezir çıxışında Azərbaycanla bağlı hər hansl bir neqativ fikir söyləmədi.

Azərbaycana düşmən mövqedə olan dairələrin əlində alətə çevrilən bəzi şəxslər də hər fürsətdə ATƏT tribunasından istifadə etməyə cəhd edirdi. Onların bu fəaliyyəti kənardan necə görünürdü?

Diqqətimi çəkən məqam o idi ki, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri Emin Hüseynovdan başqa Ermənistan da daxil olmaqla, ATƏT-in tədbirində elə bir vətəndaş cəmiyyəti nümayəndəsinə rast gəlmədim ki, ölkəsinə və ölkə başçısına qarşı bu qədər nifrət dolu fikirlər səsləndirsin. Plenar sessiya zamanı təyin edilmiş mövzudan kənar danışıb, xarici dairələrdən qardaşı Mehman Hüseynovun vəkillərinə verilməyən əmək haqqı istəmək artıq bu adamın və ətrafının hansı səviyyədə olmasının bariz nümunəsidir. İndiyədək heç bir ölkənin vətəndaş cəmiyyətinin nümayəndəsi ATƏT-in tədbirinə “sədəqə” dalınca gəldiyini açıq şəkildə etiraf etməmişdi. Ardınca, xarici qüvvələrə özünün sadiqliyini nümayiş etdirmək üçün Emin Hüseynov Azərbaycan iqtidarını, ölkə rəhbərliyi bacardığı qədər tənqid etmək, “hekayələr” uydurmağa başlayırdı. Etiraz hüququmdan istifadə edərək moderatordan mövzudan kənar çıxışları edilməməsini xahiş etdim. Tədbirin moderatoru etirazı qəbul edirdi. Əfsuslar olsun ki, belələri eyni zamanda Azərbaycan vətəndaş cəmiyyətini təmsil etdiklərini, guya azad mətbuat adından danışdıqlarını iddia edirlər. Reallıq isə başqadır. Emin Hüseynov iddia edirdi ki, ölkə başçısı onun vətəndaşlıqdan məhrum edib, amma bunun yalan olduğunu, bu barədə Konstitusiyamızda yazılanları qeyd etdim. Belə ağ yalanları ondan başqa səsləndirən digər vətəndaş cəmiyyəti nümayəndəsinə tədbir zamanı rast gəlmədim.

ATƏT-in builki İllik Toplantısında Azərbaycan nümayəndə heyəti Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın təcavüzkar siyasətinin ifşası üçün hansı addımları atdı?

Mən bəzi xarici jurnalistlərin işğal olunmuş Qarabağa qanunsuz səfərləri barədə bəyanat yaydım. Qeyd etdim ki, belə bir səfər Azərbaycna tərəfinin razılığı ilə həyata keçirilə bilər. Ermənistan artıq uzun zamandır oradakı separatist rejimə dəstək verərək xarici jurnalistləri aldadır, Qarabağda səfərlərini təşkil edir. Ona görə də təbdirdə iştrak edən ölkələrin nümayəndələrinə bir daha bəyan etdim ki, belə səfərlərə aldanmayıb, yalnız Azərbaycan tərəfi ilə danışıqlar aparsınlar. Təbii ki, Ermənistan tərəf belə çıxışlara etiraz edirdi, amma həmin etiraz cavabsız qalmırdı.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …