Almaniya Bundestaqının vitse-prezidentləri Katrin Göring-Ekardt və Volfanq Kubiki Kiyevə “Marder” piyada döyüş maşınlarının və “Leopard” tanklarının göndərilməsini dəstəkləyiblər.
Boyukmillet.com xəbər verir ki, bu barədə Almaniyanın “Hamburger Abendblatt” qəzeti məlumat yayıb.
Ekardtın fikrincə, Almaniya Ukrayna Silahlı Qüvvələrinə yalnız BMP göndərməklə kifayətlənməməlidir.
“Biz mümkün olan hər şeyi etməliyik və çatdırmalıyıq. Buraya “Leopard” tankları da daxildir”, – vitse-prezident deyib.
Kubiki qeyd edib ki, Kiyevə dəstək üçün hər növbəti addım Almaniyanın NATO-dakı tərəfdaşları ilə əlaqələndirilməlidir.
Bundan əvvəl Almaniyanın hakim Sosial-Demokrat Partiyasının həmsədri Lars Klinqbayl bildirib ki, ölkəsi Ukrayna Silahlı Qüvvələrinə birtərəfli qaydada “Leopard” tankları verməyəcək.