ƏLMANİZ ƏLƏKBƏRLİ:–ELƏ DİASPOR TƏŞKİLAT RƏHBƏRLƏRİ VARDIR Kİ, BİRİ-BİRİNİ ÖLDÜRMƏYƏ HAZIRDIR. SƏBƏBİ YALNIZ VƏ YALNIZ SAVADSIZLIQDIR.
Diaspor info saytının Ukrayna bürosu “Diaspor Təşkilatlarının Monitorinq Mərkəzinin ” sədri Əlmaniz Ələkbərli ilə görüşüb və ondan saytımıza müsahibə verməsini xahiş ediblər. Əlmaniz Ələkbərli deyib: mən diaspor təşkilatlarının fəaliyyətini təhlilini apararkən bir çox qurumdan sorğu keçirirəm. İnanmazsınız bəzən “ELƏ DİASPOR TƏŞKİLAT RƏHBƏRLƏRİ VARDIR Kİ, BİRİ-BİRİNİ ÖLDÜRMƏYƏ HAZIRDIR. SƏBƏBİ YALNIZ VƏ YALNIZ SAVADSIZLIQDIR.” Vaxtı gəldikcə hər birinin haqqında mətbuatda açıqlama da, verəcəyəm. Bu günlərdə SSRİ polkovniki olmuş ağsaqqal bir ermənidən müsahibə aldım. Və onun Qarabağ haqqında dediklərini sevinclə bölüşməyə başladım. Rusiyada Diaspor təşkilatlarının votsap qruppası vardır. Oraya da göndərdim. Elə bir təpki ilə qarşılaşdım ki, əvvəlcə düşündüm , görəsən mənə hücum edənlər ermənidir? Daha sonra gördüm ki, xeyir, erməni deyillər, sadəcə onları sevirlər. Və heç vaxt Qarabağı Azərbaycan torpağı kimi görmək istəmirlər.
Ukraynanın Krivoy-Roq şəhərində də, bir neçə diaspor təşkilatlarımız vardır ki, biri-birilərilə sillə-yumruğa yatmaqdan belə çəkinmirlər.
Yaxın günlərdə onların haqqında da, geniş məlumat verəcəyəm.
Mənim məqsədim kimlərisə ifşa etmək deyildir. Sadəcə bizim vətənpərvər, qeyrətli oğullarımız vardır ki, onların işləməsinə mane olanları ictimaiyyətə tanıtmaqdır.
Hesab edirəm ki, “Kolxoz sədri kimi kostyumu çiyninə atıb mən rəhbərəm deməklə iş bitmir”
Kim diaspor təşkilatı kimi fəaliyyət göstərmək istəyirsə vəyaxud bir ailə kimi mehriban işləmək istəyirsə “Çerniqov Diasporasının Ağsaqqalı İskəndər müəllimin təcrübəsindən yiyələnə bilər.”
Diaspor info
Ukrayna bürosu