Şənbə , 14 Mart 2026
Drone Cameras

Diaspor rəhbəri Mahaçqaladakı forumda çıxış edib

Sentyabrın 24-25-də Mahaçqalada gənc həmvətənlərin forumu keçirilib. “Rusiya – tariximdir” müzey kompleksində baş tutan tədbirdə Dağıstan Respublikasının siyasi rəhbərliyi, hökumət nümayəndələri və baş axundu iştirak ediblər.

Foruma dəvət olunanlar arasında Rusiya Azərbaycanlıları İttifaqının Mahaçqala təşkilatının rəhbəri Rakif Əzizov da olub. O, tədbirdə çıxış edərək, Azərbaycan və Dağıstan arasında əsrlər boyu mövcud olan yüksək səviyyəli münasibətlərdən və dostluq əlaqələrindən danışıb.

Dağıstan Respublikasının başçısı Vladimir Vasilyev çıxışı zamanı həmyerlimizin ölkələrimizlə bağlı söylədiyi fikirləri dəstəkləyib. Forum çərçivəsində R.Əzizovla görüşərkən V.Vasilyev bir daha vurğulayıb: “Azərbaycan bizim dostumuz və qardaşımızdır”.

Check Also

Alimpaşa Məmmədov haqda  SON QƏRAR verildi

Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun kassasiya şikayətinə baxılıb. Boyukmillet.com-un əldə etdiyi məlumata görə, Ali …