Bazar , 19 May 2024
Drone Cameras

Britaniyalı analitik: “Ekofəallar Ermənistanın öhdəliklərini yerinə yetirmək istəməməsindən təngə gəliblər”

“Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyasında iştirak edən ekofəallar Ermənistanın Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci ildə imzaladığı üçtərəfli bəyanatın müddəlarını yerinə yetirmək istəməməsindən təngə gəliblər”.

Boyukmillet.com xəbər verir ki, bunu “Report”un Şuşaya ezam olunan əməkdaşına açıqlamasında britaniyalı analitik Taras Kuzio bildirib.

“Burada Ermənistanın 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı, sülh müqaviləsinin zəruriliyindən bəhs edən üçtərəfli bəyanatın müddəalarını yerinə yetirmək istəməməsindən təngə gəlmiş insanları görürəm”, – o qeyd edib.

T.Kuzio əlavə edib ki, əksər hallarda sosial şəbəkələrdə yayılan məlumatlar real vəziyyəti əks etdirmir: “Bir çoxları “blokada”dan danışır, amma burada olan zaman tamam başqa mənzərə ilə qarşılaşırıq. Biz burada ekoloji fəalları görürük”.

Britaniyalı ekspertin sözlərinə görə, ekofəallar bütün dondurulmuş münaqişələrlə bağlı problemləri çatdırmağa çalışırlar: “Dondurulmuş münaqişə mütəşəkkil cinayətkarlıq və korrupsiya üçün “qara dəlik”dir. Bu problemi həll etməyin yeganə yolu sülh müqaviləsinin imzalanmasıdır”.

Check Also

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir

Bu dəqiqələrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin …