Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Zəngilanda qəzaya düşən Binali Yıldırım bu gün ilk dəfə TBMM-in iclasında iştirak edib

Ötən il oktyabrın 20-də Azərbaycanın işğaldan azad olunmuş Zəngilan rayonunda avtomobil qəzasına düşən Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini, keçmiş Baş nazir Binali Yıldırım bu gün siyasi təşkilatın Türkiyə Böyük Millət Məclisindəki (TBMM) deputat fraksiyasının toplantısında iştirak edib.

Boyukmillet.com xəbər verir ki, bunu TBMM-də AK Partini təmsil edən millət vəkili Şamil Ayrım tviter səhifəsində yazıb.

“Hörmətli Binali Yıldırıma sağlıqlı, hüzurlu, uğurlu illər diləyirəm”, – o bildirib.

Qeyd edək ki, kəçən il B.Yıldırım və Ş.Ayrım Zəngilan hava limanı istiqamətində avtomobil qəzasına düşmüşdülər.

Check Also

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb. Boyukmillet.com xəbər verir ki, mərasim Prezident İlham …