“Suriyada bizi bataqlığa çəkmək istəyənlər, Qarabağda məyus etməyə çalışanlar vardı. Arsenalımızda olan silahlarla onları peşman etdik”.
Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisindəki (TBMM) çıxışında deyib.
Dövlət başçısı vurğulayıb ki, azərbaycanlı uşaqlara Bayraktar adı verilir.
O bildirib ki, “Bayraktar-TB 2” Liviyadan Qarabağa qədər hər yerdə öz sözünü deyib: “Əlbəttə, işlərimiz davam edir. İndi də “Qızıl Elma” və milli döyüş təyyarələrimiz gəlir.
PUA-larımız terrorçuları məhv edir. Əlbəttə, uğurlarımızın davamı gələcək. Onu da deyim ki, “Baykar” müdafiə sənayesi şirkəti həyata keçirdiyi layihələrlə bağlı dövlətdən pul almır”.