Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Ukraynalı jurnalistlər Xudafərin körpüsündə olublar

Bir qrup ukraynalı jurnalistə işğaldan azad edilmiş Cəbrayıl rayonundan Xudafərin körpüsünə səfər zamanı işğal illərində nəzarətsiz qalan Azərbaycan-İran sərhədinin bütövlükdə narkotik və qeyri-qanuni silah ticarəti üçün istifadə edilməsindən danışılıb.

Boyukmillet.com xəbər verir ki, jurnalistlərə Xudafərin körpüsünün yaranma tarixi, 44 günlük Vətən Müharibəsi zamanı bu ərazilərin işğaldan azad edilməsi və Araz çayının digər tərəfində, yəni İranda yaşayan azərbaycanlıların bu hadisələrə münasibəti barədə məlumat verilib.

Ukraynalı jurnalistlər burada Azərbaycan kəndinin demək olar ki, tamamilə dağıdılmasının izlərini görüb, 27 illik işğal zamanı bu ərazidə nələrin baş verdiyini öyrəniblər.

Xatırladaq ki, bu gün Ukraynanın “1+1” və “5-ci kanal” telekanallarının, UNİAN informasiya agentliyinin, “Ukraina seyças” və “Tretya sila” internet nəşrlərinin əməkdaşları Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər ediblər.

Onlar 30 ilə yaxın Azərbaycan ərazilərinin işğalı zamanı ermənilərin törətdikləri dağıntılar, vandalizm faktları ilə tanış olublar.

Check Also

Prezidentlə oğlu Ağdamın Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və oğlu Heydər Əliyev sentyabrın 19-da Ağdam rayonunun Eyvazxanbəyli kəndinin …