Bazar , 8 Fevral 2026
Drone Cameras

Azərbaycan “McKinsey & Company” ilə investisiya mühitinin təkmilləşdirilməsini müzakirə edib

Azərbaycan və “McKinsey & Company” şirkəti arasında investisiya mühitinin təkmilləşdirilməsi müzakirə edilib.

Boyukmillet.com xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Twitter” hesabında yazıb.

“Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda iştirakı çərçivəsində “McKinsey & Company” şirkətinin regional idarəedici tərəfdaşı Özgür Tanrıkulu ilə Azərbaycanda investisiya mühitinin təkmilləşdirilməsi istiqamətində görülən işlər, iqtisadi imkanlar, ölkəmizin biznes dairələri ilə şirkət arasında əlaqələr və perspektivlər barədə müzakirələr apardıq”, – M.Cabbarov qeyd edib.

Check Also

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (27.01.2026)

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 …