“Azərbaycan əhalisinin sayının 2017-ci ilin sonuna 9,822 mln. nəfərə çatacağı gözlənilir”.
“Report”un verdiyi xəbərə görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov məlumat verib.
Gələn ilin sonuna doğulanların sayının 159 min nəfər, təbii artımın 102,5 min nəfər təşkil edəcəyi, doğulanda gözlənilən ömür uzunluğunun 75,2 yaşa, o cümlədən qadınlar üzrə 77,6 yaşa, kişilər üzrə 72,7 yaşa çatacağı, 15 yaşadək olanların bütün əhalinin 22,5%-ni, 15-64 yaş – əhalinin 71,3%-ni, 65 yaşdan yuxarı – əhalinin 6,2%-ni təşkil edəcəyi gözlənilir.
2017-ci ildə muzdla işləyənlərin orta illik sayı 1,52 mln. nəfər və ya məşğul əhalinin 32,1%-i qədər, iqtisadiyyatda sərbəst məşğul əhalinin orta illik sayı isə 3,22 mln. nəfər olacağı proqnozlaşdırılır.
Hər işçiyə hesablanmış orta əmək haqqı ilin əvvəlinə nisbətən 3,7% artaraq 508 manata çatacaq.
Check Also
Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib
Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …