Bazar ertəsi , 7 Oktyabr 2024
Drone Cameras

Hikmət Hacıyev və Corc Dik Azərbaycanın İrandakı səfirliyinə hücumu müzakirə edib

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrailin ölkəmizdəki səfiri Corc Diklə görüşüb.

Boyukmillet.com xəbər verir ki, bu barədə israilli diplomat tviterdə yazıb.

O, görüşdə vacib müzakirələr aparıldığını qeyd edib: “Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş terror aktı ilə bağlı başsağlığı verdim və Azərbaycan xalqı ilə həmrəy olduğumuzu bir daha bildirdim”.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Terroru törətmiş şəxs saxlanılıb.

Check Also

İlham Əliyev: Ermənistan hələ də Milli Qəhrəman Natiq Qasımovun qalıqlarının yeri barədə məlumatları verməkdən imtina edir

Müxtəlif vaxtlarda Ermənistanda olan hərbi canilər, komandirlər kütləvi məzarlıqlar barədə məlumatlara sahib olduqlarını bildiriblər. Boyukmillet.com …