“İtaliya səfirliyi Azərbaycanın İrandakı səfirliyinə xaincəsinə edilmiş hücumdan hiddətlənib və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir”.
Boyukmillet.com xəbər verir ki, bu barədə səfirliyin tviter səhifəsində məlumat verilib.
“Biz yaralıların tezliklə sağalmasını arzulayır və təhlükəsizlik qüvvələrinin cəld və cəsarətli reaksiyasına heyran olduğumuzu bildiririk”, – paylaşımda qeyd edilib.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.