Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Əbdülfəttah Əs-Sisi: “Misirlə Azərbaycanın beynəlxalq ticarətdə əməkdaşlığı yüksək potensiala malikdir”

“Misirlə Azərbaycanın beynəlxalq ticarətdə əməkdaşlığı çox yüksək potensiala malikdir”

Boyukmillet.com xəbər verir ki, Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi bunu Bakıda Azərbaycanın iş adamları ilə görüşündə deyib.

“Biz müxtəlif sahələrə investisiya yatırmağa böyük önəm veririk və Misir şirkətlərini Azərbaycanda müxtəlif layihələrə yatırım etməyə çağırırıq. Ölkələrimiz arasındakı potensial imkanları reallaşdırmağa çalışmalıyıq. Eyni zamanda, Azərbaycan şirkətlərinin Misirdə əczaçılıq, energetika, metallurgiya və digər sahələrə investisiya yatırmaları üçün imkanlar yaratmalıyıq”, – Misir Prezidenti vurğulayıb.

Əbdülfəttah Əs-Sisi əlavə edib ki, ölkələrimizin müxtəlif sahələrdə mövcud olan potensialı və investisiya imkanları araşdırılmalı və reallaşdırılmalıdır.

Check Also

Azərbaycanda müxtəlif qoruyucu burunaltılıların ölkəyə idxal gömrük rüsumları dəyişib

Nazirlər Kabineti 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Xarici iqtisadi fəaliyyətin mal …