Cümə , 22 Noyabr 2024
Drone Cameras

Fatih Dönməz: “Türkiyə LNG tədarükü ilə Avropaya enerji böhranından çıxmağa kömək edə bilər”

“Türkiyə Avropa ölkələrinə ildə təxminən 40 milyard kubmetr mayeləşdirilmiş təbii qaz (LNG) tədarük edə və bununla da qitədə enerji böhranının aradan qaldırılmasına mühüm töhfə verə bilər”.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz bildirib.

“Tərəflər razılaşarsa, enerji böhranının aradan qaldırılmasında konstruktiv rol oynaya bilərik. Hazırda bizim dənizdə iki, quruda isə üç LNG terminalımız var. Odur ki, bunun sayəsində Avropaya təqribən 40 milyard kubmetr təbii qaz nəql edə bilərik”, – türkiyəli nazir vurğulayıb.

Onun sözlərinə görə, Türkiyə LNG-ni əsasən Fars körfəzi ölkələrindən, həmçinin Misir, Əlcəzair, Nigeriya və ABŞ-dan alır: “Türkiyədəki 5 LNG terminalından bəziləri xüsusilə yay aylarında istifadə üçün əlverişlidir. Təkliflər olarsa, bu terminallardan istifadə edərək Avropa ölkələrinə təbii qaz tədarük edə bilərik”.

F.Dönməz deyib ki, ölkəsinin “mavi yanacağ”a olan illik tələbatı 55-60 milyard kubmetrdir və Türkiyə təbii qaz istehlakına görə Avropada dördüncü yerdədir.

Check Also

Azərbaycanın “Qaz qambiti” ilə bağlı məqalə skandal yaratdı: Bakı təkzib istəyir

Azərbaycanın Rusiyadan qaz idxalı siyasi açıqlama və rəsmi rəqəmlərdə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının …